Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST Xonçası” kampaniyasına qoşuldu.

11.03.2020

11 Mart 2020-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi, mədəniyyət könüllülərinin iştirakı ilə uzun illər Sabirabad rayon Səməd Vurğun adına orta məktəbin direktoru, Sabirabad rayon Təhsil Şöbəsinin müdiri, SSRİ dövründə “Şərəf” ordeni ilə təltif olunmuş, N.Gəncəvi adına 5 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnlərini tədris etmiş, əməkdar müəllim Zibeydə Mirzəyevanın qonağı olmuş Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi adından bayramını təbrik etmiş onunla həmsöhbət olaraq “DOST xonçası”nı təqdim ediblər. Bu xalqımızın zəngin mənəvi dünyasının, Novruz bayramının yüksək dəyərlərinə bağlılığının, həm də yaşlı, ahıl insanlara hörmət hissinin, qayğıkeş münasibətinin bir göstəricisidir. “DOST xonçası” aksiyasının məqsədi evlərində tənha yaşayan ahıllarımızın, həssas qruplardan olan digər insanlarımızın, bu və ya digər aztəminatlı ailənin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdir.

 

170.5 KB

 

158.9 KB

 

144.3 KB