Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın da iştirakı ilə dəyirmi masa keçirilmişdir.

06.03.2020

05 mart 2020-ci il tarixdə 8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın da iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov tədbirdə iştirak edən xanımları təbrik etmiş, Fatma xanımın timsalında Azərbaycan qadınının əməksevərliyindən söz açmış, qadının cəmiyyətin inkişaf və tərəqqisində əhəmiyyətli mövqe tutduğunu vurğulamış, qadınlarımızın dövlətə, millətə, vətənə bağlılıq nümunəsi kimi Fatma xanımı özlərinə örnək götürmələrini tövsiyə etmişdir. Daha sonra çıxış edən Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev də Qadınlar Günü münasibətilə xanımları təbrik etmiş və Fatma xanımla bağlı maraqlı xatirələrini bölüşmüşdür. Tədbirin davamında Fatma xanım çıxış edərək tədbiri təşkil edənlərə minnətdarlığını bildirmiş, kollektivə müvəffəqiyyətlər arzulamışdır. Fatma Hüseynovanın Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri iştirakçılar tərəfindən maraqla dinlənilmişdir. Sonda Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək öz növbəsində Fatma xanımı təbrik etmiş, ona Heydər Əliyev Mərkəzinin kollektivi adından hədiyyə təqdim etmiş, tədbir iştirakçılarına dərin təşəkkür və minnətdarlığını bildirmişdir.

 

 

184.6 KB

 

212 KB