Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi, şuranın sədri Əhməd Ramazanov iclas keçirtdi.

06.03.2020

04 mart 2020-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsində İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə əmək intizamına riayət edilməsini təmin etməklə müəssisələrdə 2019-cu il ərzində bu sahədə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələr mövzusunda Şuranın növbəti iclası keçirildi.Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi, şuranın sədri Əhməd Ramazanov iclası giriş sözü ilə açaraq 2019-cu ildə bəzi müəssisələrdə əmək intizamına riayət edilməsi sahəsində çatışmazlıqların olduğunu bildirərək bu kimi hallara yol verilməməsini və müəssisələrdə əmək intizamına riayət edilməsinə nəzarətin daha da artırılmasını tapşırdı. Ə.Ramazanov 2019-cu il ərzində müəssisələrdə görülən işləri qeyd edərək bildirdi ki, fəaliyyətimizdə bir sıra müsbət irəliləyişlər əldə olunmuşdur. Lakin buna baxmayaraq 2020-ci ildə daha əzmlə çalışmalı və üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə nail olmalıyıq.Sonra şuranın katibi, idarənin məsləhətçisi Telman Əzimov çıxış edərək Regional idarənin tabeliyində olan müəssisələr tərəfindən əmək intizamına riayət edilməsi, müəssisələr tərəfindən 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məruzə etdi. T.Əzimov çıxışında müəssisələrdə əmək qanunvericiliyinin müddəalarına riayət edilməsinin vacibliyini vurğulayaraq əməyin mühafizəsi, texniki təhlükəsizlik və mülki müdafiə qaydalarınına riayət edilməsini xüsusi nəzarətdə saxlamaqla, müəssisələrdə təlimatlandırılma jurnallarının açılmasını, işçilərin ilkin və təkrar təlimatlandırılmasının  nəzarətdə saxlanılmasını qeyd etdi.Gündəlikdə duran məsələ ətrafinda müzakirələr aparılaraq müvafiq tapşırıqlar verildi.Ə.Ramazanov qarşıdan gələn 8 Mart Beynəlxalaq Qadınlar Bayramı münasibətilə kollektivin xanımlarını, Novruz bayramı münasibətilə bütün kollektivi təbrik edərək xoş arzularını bildirdi.Sonda İdarənin baş məsləhətçisi(Saatlı rayonu üzrə nümayəndə) Şərqiyyə xanım Şahpələngova uzun müddət səmərəli əmək fəaliyyəti və anadan olmasının 65 illik yubileyi münasibətilə Regional İdarənin fəxri fərmanı ilə təltif edildi.

 

4.6 MB