Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsində Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi iştirak etmişdir.

02.03.2020

28-29 fevral 2020-ci il tarixlərində Beynəlxalq Muğam Mərkəzində  “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirilmişdir. Müşavirədə Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev “Mədəniyyət müəssisələrinin mədəni marşrutların inkişafında və təbliğatında rolu” mövzusunda panel müzakirəsində çıxış etmişdir. Onun çıxışından bəzi məqamları diqqətinizə çatdırırıq.Məlumat üçün bildirim ki, mövzu ilə əlaqəli Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə 10 klub və mədəniyyət evi, Hacıqabul rayonu üzrə 15 klub və mədəniyyət evi, Sabirabad rayonu üzrə  36 klub və mədəniyyət evi, Saatlı rayonu üzrə isə 25 klub və mədəniyyət evi fəaliyyət göstərir. Sabirabad Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələri öz fəaliyyətlərini dostluq və əsas fəaliyyət istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq zəminində qurmağa çalışırlar. Bunun üçün yüksək təşkilatçılıq qabiliyyətinə, müvafiq bilik və baçarığa malik kadrların gücündən istifadə olunur. Xüsusilə, müxtəlif səpkili tədbirlərin keçirilməsində ifaçılardan, musiqiçilərdən, muzey eksponatlarından qarşılıqlı yararlanırıq. Regionumuza xas olan qeyri-maddi mədəni irs nümunələrinin- sənətkarlıq, folklorşünaslıq, diyarşünaslıq ənənələrinin və nümunələrinin respublika səviyyəsində tanınması üçün festivallar öncəsi məsləhətləşmələr aparırıq. Bədii yaradıcılıq fəaliyyətinin nəticəsi olan mədəniyyət, ədəbiyyat və incəsənət əsərlərinin təbliğinə önəm veririk. Mədəniyyət sahəsində dövlət siyasətini-mədəni irsin və mədəni sərvətlərin inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlərin, prinsiplərin, normaların qorunmasına çalışırıq. Sabirabad rayon Mədəniyyət Mərkəzi xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görmüş, folklor kollektivlərinin və xalq teatrının fəaliyyətini gücləndirmişdir. Hal-hazırda Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Əhmədabad kənd Folklor evinin “Axıska Halay-Türk” və Həşimxanlı kənd Mədəniyyət evinin “Cəngavər pəhləvanlar” folklor kollektivləri xalq yaradıcılığının bu və ya digər sahələrini qoruyub yaşatmaqdadır. Sabirabad rayon Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə  bir uğurlu nəticəni diqqətinizə çatdırmaq istəyirəm. Sabirabad rayon Mədəniyyət Mərkəzi Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinə salınmışdır.Saatlı rayon Mədəniyyət Mərkəzi 1980-cı ildən fəaliyyət göstərir. Yaradılan şərait, işdə olan tələbkarlıq gündəlik iş prinsipində qazanılan uğurların ardıcıllığına təminat verir. Əcdadlarımızın əsrlərlə nəsillərdən-nəsillərə ötürülən milli adət və ənənələrini qorumaq, təbliğ və inkişaf etdirmək mədəniyyət işçilərinin işinin tərkib hissəsidir. Xüsusilə folklorşünaslıq, diyarşünaslıq, sənətkarlıq sahələrinin öyrənilməsi qeyri-madii mədəni irsin qorunmasına, xalq yaradıcılığının inkişafına və təbliğinə kömək edir. Rayon Mədəniyyət Mərkəzi şəbəkəsi konkret olaraq qeyd olunan istiqamətləri daim diqqət mərkəzində saxlayır. Rayon Mədəniyyət Mərkəzi şəbəkəsinin kollektivi əhalinin istəklərini, maraqlarını nəzərə alır. Yaradılan təsərrüfat hesablı dərnək və kurslar, maraq üzrə birliklər gündəlik işin əsas qayəsini təşkil edir. Bu gün rayon Mədəniyyət Mərkəzi şəbəkəsində  yeddi bədii özfəaliyyət kollektivi, bədii qiraət dərnəkləri, müxtəlif musiqi alətləri üzrə dərnəklər, folkllor, sənətkarlıq, diyarşünaslıq yaradılmaları fəaliyyət göstərir. Bütün dərnək məşğələlərinə öz işini yüksək səviyyədə bilən mütəxəssislər rəhbərlik edir. Əhalinin istirahətini səmərəli təşkil etmək üçün bütün filialların fəaliyyətinin təkmilləşdirilməsi yolları araşdırılır. Müasir mədəni xidmət mədəniyyət müəssisələrinin fəaliyyətinin məzmununu, həyata keçirilmə və axtarış metodlarını, yeni istirahət formalarını daim zənginləşdirməyi zəruri edir. Bu məqsədlə Mədəniyyət Nazirliyinin, respublikada fəaliyyətdə olan digər Mədəniyyət Mərkəzlərinin fəaliyyəti və iş prinsipləri müvafiq internet resursları, Mədəniyyət qəzeti, Mədəniyyət.az jurnalı vasitəsilə diqqətlə izlənilir, Mərkəzin nəzdində olan filiallara müvafiq tapşırıqlar verilir. Keçirilən tədbirlərdə insanların zövq alması ilə yanaşı müəyyən bilik və bacarığa yiyələnmələri xüsusiyyətləri ön plana çəkilir. Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evi filialının nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivi 1970-ci ildən fəaliyyət göstərir. Kollektiv fəaliyyət göstərdiyi bütün dövrlərdə daim yenilik axtarışında olub. Kollektiv dəfələrlə Bakıda, Moskvada, Şimali Kiprdə və Türkiyədə çıxışlar etmiş, radio və televiziya ilə konsertlər vermişdir. Kollektiv tərəfindən tamaşaya qoyulan əsərlər, kompozisiyalar  daim  maraqla  qarşılanır. Folklor kollektivi əldə olunmuş nailiyyətlərlə kifayətlənmir, daim əzmlə çalışır.Sonda onu da bildirmək istəyirəm ki, Saatlı rayon Mədəniyyət Mərkəzi və Nəsimikənd kənd Folklor evi filialının nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivi Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinə salınmışdır.

 

67.5 KB

 

142.6 KB