Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Heydər Əliyev Mərkəzində torpaqlarımızın suverenliyi və azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.

11.02.2020

Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, salqaya kimi düşmənin qarşısını kəsən oğullardır. Bir-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqi ilə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun “Ölüm var ki, həyat qədər dəyərli” – misrası nə qədər yaşarıdı. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. 07 fevral 2020-ci il tarixində Sabirabad rayon Heydər Əliyev Mərkəzində torpaqlarımızın suverenliyi və azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Saatlı rayon Qaranurlu kənd tam orta məktəbinin XI sinif şagirdləri və Uşaq Birliyi Təşkilatının sədri Əliyev Yaşar müəllim, Sabirabad rayon Peşə-liseyinin müəllim və şagirdləri, Heydər Əliyev Mərkəzinin və MKS-nin əməkdaşları iştirak edirdilər. Heydər Əliyev Mərkəzinin bələdçisi Mehdiyeva Nərmin Mübariz İbrahimovun keçdiyi şərəfli ömründən söhbət açdı, geniş məlumat verdi. O qeyd etdi ki, Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məzlum baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi! Vətəni qorumağa, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı. Qonaqlara ekskursiya saatı aparıldı. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Qonaqlar Mərkəzdə açılan sərgi ilə tanış oldular. Sərgi Mübariz İbrahimova aid foto-şəkillər, kitablar, çap materiallarından və Mübarizin döyüşə gedərkən yazdığı məktubdan ibarət idi. Məktəblilər məktubla tanış olub, oxudular.Sonda Mərkəzin 3D kinozalında Azərbaycanın Milli Qəhrəmanı “Mübariz İbrahimovun həyatı və döyüş yolu” filmi nümayiş olundu. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan Əsgərinin qəhrəmanlıq rəmzidir! Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkildi.

 

93.4 KB

 

99.8 KB