Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi, Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi ordu generalı Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə tematik gecə keçirmişdir.

11.02.2020

Alman faşizmi  üzərində  Qələbənin 75 illiyi  münasibətilə  Şirvan   şəhər Tarix-diyarşünaslıq  muzeyi  tədbirlər  planı   hazırlamışdır.Eyni zamanda ölkə  Prezidenti cənab İlham Əliyevin  müvafiq  sərəncamına  əsasən muzey 11 fevral  2020-ci il  tarixdə  iki dəfə  Sovet  İttifaqı  Qəhrəmanı, əfsanəvi  ordu generalı  Həzi  Aslanovun  anadan olmasının 110 illiyi  münasibətilə  tematik  gecə  keçirmişdir.Tədbir  H.Aslanova   həsr  olunmuş  videofilmin  nümayişi  ilə  başlamışdır. Sonra  giriş  sözü  ilə  tədbiri  muzeyin  direktoru Gülşən Vəliyeva açmışdır. Həzi Aslanovun uşaqlıq ,həyatının Lənkəran  dövrü, keçdiyi  döyüş  yolu, hərbi  əməliyyatları  məharətlə  hazırlaması və uğurla  həyata  keçirməsi ,müəmmalı  ölümü  haqqında  muzeyin  baş  elmi  işçisi  Ləman Mikayılova  geniş məlumat verərək ,çıxış   etmişdir. Tədbirdə  şəhər 18 nömrəli  Təbiət  Humanitar  təmayüllü məktəb-liseyin və “Uşaq Gənclər İnkişaf  Mərkəzi” dərnək üzvlərinin  şagirdləri  və “Bənövşə” uşaq bağçası  Azərbaycanın  görkəmli  şairlərindən  C.Cabbarlı,B.Vahabzadə və  M.Arazın  şeirlərindən  ibarət  kompozisiya  ilə  çıxış  etmişlər. Uşaq  Musiqi  Məktəbi  şagirdlərinin  ifa  etdiyi  hərbi  vətənpərvərlik   mahnıları   tədbirə  xüsusi rəng  qatmışdır.                

 

121.7 KB

 

110.4 KB