Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon Mərkəzi Kitabxananın Xidmət şöbəsi və Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar ”Vətən sənə oğul dedi” adlı tədbir təşkil olunmuşdur.

06.02.2020

05 fevral 2020-ci il tarixində Muzeyin Tədbirlər Planına əsasən şəhər 9 sayli tam orta məktəbdə Hacıqabul rayon Mərkəzi Kitabxananın Xidmət şöbəsi və Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Vətən sənə oğul dedi" adlı tədbir təşkil olunmuşdur.Tədbir öncəsi vətənpərvərlik mövzusunda rəsm və kitab sərgisi açılmışdır. Sonra qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlıqdan şagirdlərə geniş məlumat verilmişdir.Tədbir iştirakçıları sonda vətənpərvərlik mövzusunda qısa metrajlı film izləmiş və şagirdlər şeirlər səsləndirmişdirlər.

 

68.2 KB

 

54.7 KB