Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon 2 fevral Gənclər günü

04.02.2020

2 fevral Gənclər günü münasibəti ilə Hacıqabul rayon Tarix Diyarşünaslıq Muzeyində musiqili əyləncəli tədbir təşkil olunmuşdur. Çay süfrəsi ətrafında  keçən tədbirdə rayon Gənclər və İdman idarəsinin kollektivi, Hacıqabul qəzetinin redaktoru, YAP rayon təşkilatının aparat rəhbəri, rayon Mədəniyyət Mərkəzinin və Mərkəzi kitabxananın rəhbərləri başda olmaqla kollektiv üzvləri, Heydər Əliyev mərkəzinin kollektivi iştirak edirdilər.
Muzeyin direktoru Bahar Abasova, Sabirabad regional mədəniyyət idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Gənclər və idman idarəsinin rəisi Saleh Ələskərov, Hacıqabul qəzetinin baş redaktoru Xuraman Feyruz qızı tədbir iştirakçılarını və gəncləri bayram münasibəti ilə təbrik etmişdirlər.
Tədbir  gənc müğənni Zakir Saniyevin ifasında lirik və şən mahnı sədaları altında davam etmişdir.

 

92.1 KB