Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon Mədəniyyət Mərkəzində, rayon Gənclər və İdman idarəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə, 2 fevral gənclər günü münasibətilə geniş konsert proqramı təşkil olunmuşdur.

04.02.2020

1 fevral 2020-ci  il  tarixdə Hacıqabul rayon Mədəniyyət Mərkəzində, rayon Gənclər və İdman idarəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə,  2 fevral gənclər günü münasibətilə geniş konsert proqramı təşkil olunmuşdur.  Tədbirdə rayon  Gənclər və İdman  İdarəsinin rəis müavini  Zimistan Qurbanov, 2019 -cu  il ərzində görülmüş işləri  barədə hesabat verdi.  Sonra təbrik üçün söz rayon İcra Hakimiyyəti Başçısının müavini Zeynəb Yunisliyə  verildi ,  Zeynəb xanım gəncləri icra hakimiyyəti başçısı  cənab  Rüstəm Xəlilovun adından təbrik edərək Fəxri Fərmanla və hədiyyələrlə  rayonu bir  qrup  fəal gənclərini təbrik etdi.  Tədbir Bakı  şəhərində dəvət olunmuş və rayon Mədəniyyət Mərkəzinin  solistlərinin  ifası ilə  geniş  konsert proqramı ilə davam etdi.

 

 

67.1 KB