Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Mədəniyyət Mərkəzində “2 fevral- Gənclər Günü” və “2020-Könüllülər ili” münasibətilə “Gənc mədəniyyət könüllülərinin iştirakı ilə konsert keçrildi.

03.02.2020

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Sabirabad rayon Mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoydular.Akt zalında öz işinə başlayan konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2020-ci ili “Könüllülər” ilinin elan edilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlər və layihələr barədə könüllülərə məlumat verdi, mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyyələr diqqətə çatdırıldı. 2020-ci ilin “Könüllülər ili” elan edilməsinin də məhz Prezidentimizin gənclərimizin potensialının üzə çıxarılmasında məqsədyönlü bir addım olduğunu qeyd etdi. Tədbirdə prezident İlham Əliyevin gənclərə,mədəniyyətimizə diqqət və qayğısı mövzusunda regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın mədəniyyətimizə diqqət və qayğısı, könüllülərin rayonumuzun ictimai və mədəni həyatında rolu və vəzifələri,keçirilən tədbirlərdə sosial şəbəkələr və elektron KİV-də mədəni irsin təbliğı mövzusunda ətraflı çıxış etdi. Sabirabad rayon Mədəniyyət Mərkəzinin A.İsgəndərov adına Xalq Teatrının rejissoru Seyidməmməd Əliyev Könüllülərin istedadlarının üzə çıxarılması və onların mədəniyyət sahəsinə olan maraqlarını daha da artırılması məqsədilə onlara gələcək fəaliyyətlərində istifadə etmələri üçün səhnə danışığı üçün müvafiq göstərişlər vermişdir.Sonda könüllülər vətənə,dövlətə,dövlətçiliyə aid şerlər söylədilər. Konfransdan sonra tədbir konsert proqramı ilə davam etdi.Ə.Paşayevin rəhbərliyi ilə Ü.Haacıbəyli adına Uşaq Musiqi Məktəbinin “Ana-Kür” instumental ansamblının ifasında Əhmədabad kənd Folklor evinin “Axısxa-Halay Türk” folklor rəqs kollektivinin, Aşıq Əziz Habiloğlunun,V Muğam festivalının laureatı Səməd Səmədovun, Sərxan Baxşıyevin, Daşqın Mehdiyevin, Ülkər Yaşarqızının, Elvin Mirzəzadənin, Orxan Babazadənin, gənc ifaçı- Xəyalın və Dj Roşkanın bir-birindən rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

215 KB

 

186 KB

 

206.7 KB