Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan şəhər Heydər Əliyev Mərkəzində “Qarabağın tarixi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda tarix dərsi.

13.01.2020

13 yanvar 2020-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində “Qarabağın tarixi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda tarix dərsi təşkil edilib. İlk olaraq slayd vasitəsilə qədim Qarabağın tarixi abidələri nümayiş etdirilib. Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxış edərək bildirib ki, Qarabağın tarixini bizim uşaqlar daha yaxşı bilməli, oxumalıdırlar ki, dünya ictimaiyyətinə onu ətraflı çatdıra bilsinlər. Qarabağ haqqında bütün vətəndaşlarımız nə qədər artıq bilsələr, gələcəkdə də düşdükləri mühitdən asılı olmayaraq, tarixi faktları sübut edə bilərlər. Qarabağ, bir haldaki, beynəlxalq ictimaiyyətin diqqətindədir, onu nə qədər mükəmməl bilsək, problemin həllinə bir o qədər yaxınlaşarıq. Bu, ancaq bizim qalib gəlməyimizə, Azərbaycan xalqının ümumi mənafeyinə xidmət edər.Sonra 10 nömrəli tam orta məktəbin tarix müəllimi Töhfə Cəlilova şagirdlərə Qarabağın tarixi haqqında geniş məlumat verərək tarixi faktlara toxunub. Bildirilib ki, Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü tək torpaqlarımizin itirilməsi ilə hiss etmirik. Ölkəmiz Qarabağın işğalı ilə çox böyük mənəvi və mədəni itkilərə məruz qalıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin məkrli siyasətinin ifşası istiqamətində genişmiqyaslı işlər görmüşdü. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin müdafiə qüdrəti ciddi şəkildə yüksəlmiş, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Sonda mövzu ilə bağlı şagirdlər fikirlərini bölüşüblər.

 

93.3 KB