Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Heydər Əliyev Mərkəzində SRİK-nin, MKS-nin və Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə “20Yanvar” faciəsinin 30 illiyi ilə əlaqədar konfrans keçirilmişdir.

13.01.2020

13 yanvar 2020-ci il tarixində Sabirabad rayon Heydər Əliyev Mərkəzində SRİK-nin, MKS-nin və Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə “20Yanvar” faciəsinin 30 illiyi ilə əlaqədar konfrans keçirilmişdir. 1990-cı il 20 yanvar gecəsində şəhid olan vətən oğulları və qızlarının ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə 20 yanvar gecəsi baş verən dəhşətli hadisələrdən danışdı. O, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyi qeyd etdi. Rəna xanım milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. O, həmçinin Azərbaycanın Ümummilli Lideri  Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəliyindəki çıxışını daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını qeyd etdi. Bildirildi ki, 20 yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları  şəhid və əsl qəhrəman sayırıq. Sonra qonaqlar Mərkəzdə “ 20 Yanvar” faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular. Sonda Mərkəzin 3D kinozalında “20 Yanvar” faciəsini əks etdirən film nümayiş olundu.

 

133.3 KB

 

127 KB

 

92.8 KB