Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsində şuranın 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclası keçirilmişdir.

30.12.2019

28 dekabr 2019-cu il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsində şuranın  2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclası keçirilmişdir. İclasda şura üzvləri və müəssisə rəhbərləri iştirak edirdilər. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi, şuranın sədri Əhməd Ramazanov iclası giriş sözü ilə açaraq qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə mədəniyyət işçilərini təbrik edərək xoş arzularını bildirdi. 2019-cu il ərzində görülən işlər müzakirə edilərək,həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verdi. Sonra şuranın katibi, idarənin məsləhətçisi Telman Əzimov çıxış edərək Regional idarənin tabeliyində olan müəssisələr tərəfindən 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. Şura üzvləri və müəssisə rəhbərlərinin çıxışlarından sonra idarə rəisi Əhməd Ramazanov qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıqlarını verdi.

 

4.7 MB

 

4.7 MB