Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yeni il” və “Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinə Sabirabad şəhər Nizami Gəncəvi adına 5 saylı orta məktəbin müəllim və şagirdləri ekskursiyaya gəlmişlər.

29.12.2019

29 dekabr 2019-cu il tarixində “31 dekabr- Yeni il” və “Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” münasibətilə Sabirabad rayon  Heydər Əliyev Mərkəzinə Sabirabad şəhər Nizami Gəncəvi adına 5 saylı orta məktəbin müəllim və şagirdləri ekskursiyaya gəlmişlər. Mərkəzin bələdçisi Mehdiyeva Nərmin qeyd etmişdirki: “Dünya Azərbaycanlıların həmrəyliyi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə baglıdır. Dünya Azərbaycanlıların həmrəyliyi, onların təşkilatlanması prosesini Ulu Öndər hələ 1991- 1993 illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işləyərkən diqqət mərkəzində saxlamışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrn 16-da Naxcıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “ 31 Dekabr- Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında”  Qərar qəbul edilmişdir”.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dünya Azərbaycanlıların həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir.Hələ 1991-ci  ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir”. Qonaqlara ekskursiya saatı aparılmış ,Ümummilli  Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti,rayonumuza səfərləri haqqında ətraflı məlumat verilmişdir.Ulu öndər Heydər Əliyevin büstü qarşısında uşaqlar vətən,Heydər Əliyev və bayraq haqqında şeirlər söylədilər.Mərkəzin 3D kinozalında uşaqlara cizgi filmləri nümayiş olundu. Sonda Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkildi.

 

96.7 KB