Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Mədəniyyət Mərkəzinin Əlillərdən ibarət “Mübarizlər” Teatrının “Laçına məktub” adlı kompazisiya tamaşası

30.11.2019

3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar Sabirabad Regional “ASAN xidmət” mərkəzinin və İmişli Regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət  “Mübarizlər” teatrının hazırladığı “Laçına Məktub” adlı kompozisiya-tamaşası İmişli Regional “ASAN xidmət” mərkəzinin tamaşa zalında nümayiş olundu.Qarabağ hadisələrindən,Azərbaycanın Dövlət Müstəqilliyindən,əsasən vətənpərvərlik mövzusunda olan kompozisiyanın quruluşçu rejissoru Azərbaycan Teatrlar Xadimləri İttifaqının üzvü,Ümumittifaq Teatrlar Festivalının laureatı, II Xalq Teatrları festivalının qalibi Seyidməmməd Əliyevdir.Tamaşada I Qrup əlil Rafiq Rzayev,II Qrup əlil Ramazan Şirəliyev, I Qrup əlil Xəyal Əliyev, tearın yarandığı vaxtlardan hazırladığı tamaşalarda rol alan,bu gün isə Sabirabad Regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Nicat Əliyev və həvəskar aktyor Vəfadar Cəfərov iştirak edirlər.Sonda  İmişli Regional “ASAN xidmət” mərkəzinin direktoru Elvin Məmmədov çıxış edərək ölkə rəhbərinin əlillərə göstərilən qayğıdan və tamaşanın mədəni əhəmiyyətinə görə Sabirabad Regional Mədəniyyət İdarəsinə və teatrın kollektivinə öz minnətdarlığını bildirdi.

 

131.9 KB

 

121.5 KB