Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Saatlı rayon Mərkəzi Kitabxanasında Xalq şairi, İctimai xadim Nəbi Xəzrinin anadan olmasının 95 illiyi ilə əlaqədar olaraq şairin həyat və fəaliyyətinə həsr edilmiş ədəbi-bədii gecə keşirilmişdir.

29.11.2019

Saatlı rayon Mərkəzi Kitabxanasında Xalq şairi, İctimai xadim Nəbi Xəzrinin anadan olmasının 95 illiyi ilə əlaqədar olaraq şairin həyat və fəaliyyətinə həsr edilmiş ədəbi-bədii gecə keşirilmişdir.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Sakit Bağırov açmış və qeyd etmişdir ki,. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır.Kitabxananın əməkdaşlarından Qətibə Fərəcova, Ramidə Quliyeva, Rəqibə Kərimova və başqaları şairin yaradıcılığına dair öz fikirlərini iştirakçılara çatdırmışlar.Qeyd olunmuşdur ki, Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür. "İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilmişdir.Tədbirin bədii hissəsində  şairin şerlərinə yazılmış mahnılar dinlənilmiş, əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.