Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Mədəniyyət Mərkəzində “ALYANS” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin keçirtdiyi tədbir

28.11.2019

Noyabrın 27-də Sabirabad rayon Mədəniyyət Mərkəzində  “ALYANS” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ümumrespublika üzrə “Yaşıl Patrul”Marafon pilot layihəsi çərçivasində maarifləndirici tədbir keçirildi. Ümumrespublika Marafonu 45-ə yaxın region və rayonlarda keçirilməsi hədəf alıb.                                       Layihənin əsas məqsəd və hədəfi  “vəfalı dostlarımız”olan heyvanlarla aramızda unudulmuş dostluğun yenidən bərpası,eləcə də sayını və sağlamlığının sivil üsullarla nəzarət altına almaq üçün ictimaiyyəti mövcud qanunlarla və beynəlxalq təcrübələrlə məlumatlandırmaq,təhlükəsiz və humanistcə bu üsulların tətbiqi üçün yerlərdə mərkəzlər və bu mərkəzlərin fəaliyyətinə dəstək olacaq sakinlərin özündən ibarət ”Yaşıl Patrul” yaratmaqdır.        Marafonun nəticəsində ətraf mühitin,eko-bioloji zəncirinin hər bir can daşıyan varlığının toxunulmazlığı,qayğısı və ehtiyac olarsa qorunması planetimizdə yaşayan müxtəlif insanların amalının birləşdirici,bir-birinə münasibətdə də qayğıkeşlilik kimi ümumi həyat fəlsəfəsinə çevrilməlidir. Marafonun əsas diqqət çəkən bədii hissəsi olan konsertlər,ekoloji musiqi ifaları,ekoloji sənədli və bədii filmlər,tamaşalar,şerlərdən,viktorinalardan,rəqslərdən ibarətdir.Kompleks tədbirləri bir arada cəmləyən ardıcıl keçiriləcək Yaşıl Patrul Layihəsinin Marafonunun davamlı tədbirləri ümumrespublika miqyasında bütün region və ayrı-ayrı rayonlarda qısa zamanda geniş əhali kütləsini maarifləndirmək gücündədir.Gəncləri və dolayısı ilə əhalini faydalı ictimai işlərə dəvət edir.Eyni zamanda təbiətlə dostluq münasibəti qurmağa komanda şəklində cəlb edir,insanlar arasında da xoşməramlı birlik yaradılması üçün əvəzsizdir.

 

1.7 MB