Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ”Payız palitrası” adlı rəsm sərgisi təşkil edilib.

26.11.2019

26 noyabr 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Payız palitrası" adlı rəsm sərgisi təşkil edilib. Sərgidə həmçinin Qalereyanın direktoru Çinarə Vəliyeva tərəfindən rəsm çəkmək istedadı olan uşaqlara master klass-peşəkar rəsm dərsi keçilib. Dərsdə mənzərə janrında olan əsərlərin işlənmə texnikası, peyzaj janrının üslub xüsusiyyətləri etüdlər əsasında çəkilərək şagirdlərə göstərilib. Dərs zamanı rəsm sahəsində istedadı və qabiliyyəti olan uşaq və gənclər üzə çıxarılıb, onların bu sahədə inkişaf etdirilmələri üçün dərnəklərə dəvət olunub.Heydər Əliyev Mərkəzinin direktoru bildirib ki, bu gün sərgidə rəsm əsərləri və əl işləri nümayiş etdirilən yeniyetmə və gənclər gələcəkdə tanınmış rəssamlar ola bilərlər. Bu ümidlərin doğrulması üçün onlara hər cür dəstək olmağa hazırıq. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması Mərkəzin fəaliyyətinin əsas istiqamətlərdəndir. Gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.Sonra təşkilatçılar tərəfindən gənc istedadlara fəxri fərmanlar təqdim edilib.
Sonda sərgiyə baxış olub.

 

102.2 KB

 

107.5 KB