Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Mədəniyyət Mərkəzində Bakı Rəssamlıq Məktəbinin ,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu,Rəssamlar İttifaqı bədii fondunun üzvü Quliyev Hakim Musa oğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

25.11.2019

Noyabrın 25-də Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Sabirabad rayon Tarix Diyarşünaslıq Muzeyinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə sabirabadlı rəssam,Bakı Rəssamlıq Məktəbinin ,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu,Rəssamlar İttifaqı bədii fondunun üzvü Quliyev Hakim Musa oğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirildi.Sərgidə rəssamın portret,natürmort və mənzərə janrlarına aid 30-dək əsəri nümayiş olundu.Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov həmyerlimiz Hakim Quliyevin yaradıcılıq yoluna nəzər salmış,onun əsərlərini yüksək dəyərləndirdiyini vurğulamışdır.Sərgiyə baxışda Sabirabad rayon mədəniyyət  işçilərinin 150-dək nümayəndəsi iştirak etmişdir.Sərgi iştirakçılarına rəssamın əsərlərinin foto surətləri əks olunmuş bukletlər paylanmışdır.Sonda həmyerlimiz,istedadlı rəssam Hakim Quliyev onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanova və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.

 

154.2 KB

 

93.3 KB

 

88.9 KB