Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayonundan 9 noyabr Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə “Bayraq Yürüşü” keçirilib.

07.11.2019

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.Azərbaycan prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.Dövlət Bayrağı günü münasibətilə keçirilən “Bayraq Yürüşü”ndə Sabirabad rayon Gənclər və idman idarəsi və idarənin fəalları, YAP Sabirad rayon Təşkilatı Gənclər Birliyinin üzvləri, Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi,  Sabirabad ASAN Xidmət mərkəzinin könüllüləri, Rayon Təhsil şöbəsi və s içtimayyətin nümayəndələri, qeyri hökümət təşkilatları iştirak etmişlər.Gənclər 2 km məsafəni qət edərək Sabirabad rayonunda yerləşən Dövlət Bayrağı Muzeyinə qədər 40 metr uzunluğunda olan Dövlət Bayrağını çiyinlərində daşıyıblar.Gənclər müxtəlif şuar və yükəsk əhval ruhiyyə ilə şəhər camaatının diqqətini cəlb edib və onlardada bayram əhval ruhiyyəsi yaradıb.Yürüş Bayraq Meydanında “Azərbaycan” adlı flaşmob və bayram konserti ilə yekunlaşıb.Yürüşdən 2 mindən çox insan iştirak edib.

 

144.4 KB

 

145.7 KB