Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaq ailənin möhkəmliyi, xalqın gələcəyidir!”

07.11.2019

6 noyabr 2019-cu il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzi“20 oktyabr-20 noyabr Uşaq hüquqları aylığı” çərçivəsində şəhər 1 saylı tam orta məktəbdə həmin təhsil müəssisəsinin şagird və müəllimlərinin iştirakı  ilə “Uşaq ailənin möhkəmliyi, xalqın gələcəyidir!” adlı tədbir keçirmişdir. Tədbirdə Mərkəzin direktor əvəzi Xanım Ağayeva və Mərkəzin zal baxıcısı Nurlana Muradova çıxış edərək, məktəbliləri Əsas Qanunumuzda – Konstitusiyada və digər hüquqi aktlarda təsbit olunmuş uşaq hüquqları ilə tanış etmişlər.

 

 

101.3 KB

 

86.6 KB