Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi 9 noyabr –Azərbaycan Respublikası “Dövlət bayrağı günü” və 12 noyabr- “Konstitusiya günü” münasibətilə 06 noyabr 2019-cu il tarixdə Milli Qəhrəman Rafael Həbibov adına 14 nömrəli tam orta məktəbdə “ Bayrağımız və Ana Qanunumuz” adlı tarix dərsi keçirmişdir.

06.11.2019

 Dərsi “Bayraq mənliyimdir, bayraq kimliyim.Bayraq- öz yurduma öz hakimliyim ” misraları ilə  başlayan  muzeyin əməkdaşı  Xatirə Əliyeva   respublikamızın rəmzi olan bayraq və onun rəngləri, üstündəki ay və səkkizgüşəli ulduzun mənası haqda şagirdlərə məlumat vermişdir. Dövlət atributlarına dərin ehtiram cəmiyyətdə, xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin tərbiyə edilməsində mühüm amil olduğunu vurğulayan X.Əliyeva  eyni zamanda 12  noyabr- Konstitusiya gününün   tarixi, mahiyyəti, Əsas Qanunun müddəaları, vətəndaşlara verdiyi hüquq və azadlıqlar barədə şagirdlərə geniş söhbət açmışdır.Daha sonra X.Əliyeva şagirdlərə mövzu ətrafında suallar ünvanlamışdır. Məktəblilər  qoyulan  suallara  dolğun və hərtərəfli  cavab vermişlər.

 

109.3 KB

 

110.6 KB