Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Heydər Əliyev Mərkəzində “ Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir.

06.11.2019

05 noyabr 2019-cu il tarixində Sabirabad rayon Heydər Əliyev Mərkəzində “ Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə Sabirabad rayon Heydər Əliyev, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları və N.Nərimanov adına 2 saylı məktəb-liseyinin müəllim və şagirdləri iştirak etmişdilər. Əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılmasından, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə Prezident İlham Əliyevin təhsilə, idmana göstərdiyi qayğıdan bəhs etdi. Ölkəmizdə hər il 20 oktyabr-20 noyabr tarixinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” elan edildiyini və bununla bağlı bütün ölkə ərazisində tədbirlərin keçirildiyini vurğulayıb. Bununla əlaqədar təhsil və mədəniyyət müəssisələrində “Uşaq hüquqlarının qorunması”, “ Erkən nigaha yox”de !”, “Narkomaniyaya yox deyək!” mövzusunda tədbirlər keçirilmişdir. Azərbaycan Prezidenti  İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Serəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunub və uğurla həyata keçirilir.Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ruhəngiz xanım Əliyeva yetginlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqına geniş məlumat verdi. Uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, BMT-nin Uşaq Hüquqları Konvensiyası , müəyyən olunmuş hüquq və vəzifələr, bu hüquqların müdafiə mexanizmləri, həyata keçirilməli olan preventiv tədbirlər haqqında məlumatları diqqətə çatdırdı.Tədbir canlı diskussiya şəraitində davam edib, uşaqların coxsaylı sualları ətraflı cavablandırılıb. Onlara hüquqları və Müvəkkilin səlahiyyətləri izah edilib, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.Sonda Mərkəzin 3D kinozalında qonaqlara “Uşaq hüquqları aylığı” mövzusunda videorolik və “Böyük ömrün anları” filmi nümayiş olundu.

 

95.4 KB

 

85.6 KB