Əzimov Telman Gözəl oğlu
Sabirabad Regional Mədəniyyət İdarəsi
Məsləhətçi
Əzimov Telman Gözəl oğlu 05. 09.1975 - ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Kovlar kəndində anadan olmuşdur. O, 1992 ci ildə Sabirabad rayon Axısxa kənd orta məktəbinin XI sinifini əla qiymətlərlə bitirmişdir. 1997-ci ildə Bakı Avrasiya Universitetinin «Beynəlxalq İqtisadi Münasibətlər» fakültəsini bitirərək İqtisadçı, 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsini bitirərək Kulturoloq ixtisası almışdır. Əmək fəaliyyətinə noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin «Maliyyə, Kredit və Pul tədavülü» şöbəsində I dərəcəli mütəxəssis kimi başlamışdır. Yanvar 1999-cu il tarixdən mart 2001-ci il tarixə kimi Sabirabad rayon «Tərəqqi» müəssisəsində mühasib vəzifəsində, Mart 2001-ci il tarixdən mart 2004-cü il tarixə kimi Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində mühasib vəzifəsində, Mart 2004-cü il tarixdən mart 2006-cı il tarixədək Sabirabad rayon Mədəniyyət şöbəsində məsləhətçi, Mart 2006-cı il tarixdən noyabr 2016-cı il tarixədək Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. Yanvar 2017-ci il tarixdən Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsində məsləhətçi vəzifəsində işləyir. II dərəcəli Dövlət Qulluqçusudur.
Telefon: 0504180340
E-poçt: telman-azimov1975@mail.ru
Qəbul günləri: bazar ertəsi-cümə günləri Saat:10:00-12:00 dək