Əmiraslanov Elnur Mehman oğlu
Sabirabad Regional Mədəniyyət İdarəsi
Baş məsləhətçi (Hacıqabul rayonu üzrə)
24 avqust 1982-ci il tarixində Sabirabad rayonu Kalinovka kəndində anadan olub. 1988-ci ildən-1999-cu ilədək Hacıqabul rayon Talış kənd orta məktəbində təhsil alıb. 1999-cu ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsinin qiyabi şöbəsinə qəbul olub. 2006-cı ilin sentyabr ayının 15-i tarixindən Təhsil Nazirliyinin göndərişi ilə Hacıqabul rayonunun Meynəman kənd orta məktəbinə tarix müəllimi təyin olub. 2010-cu ilin 15 sentyabr tarixindən 13 dekabr tarixinə kimi Hacıqabul rayonu Xilə kənd ümumi orta məktəbində direktor müavini vəızifəsində işləyib. 2010-cu il 13 dekabr tarixindən 09 mart 2012-ci il tarixinə kimi Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Aparatının Təhsil, Səhiyyə, Mədəniyyət şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb. 09 mart 2012-ci il tarixindən Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamı ilə Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifədə çalışır.
Telefon: 0502141208
Faks: 0212041006
E-poçt: ELNUR.EMIRASLANOV@INBOX.RU
Qəbul günləri: bazar ertəsi-cümə günləri Saat:10:00-12:00 dək