Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Saatlı şəhəri
Saatlı rayonun mərkəzi - Saatlı şəhəri Araz çayının sağ sahilində, dünya okeanın səviyyəsindən 28 metr aşağıda yerləşir. Mülayim iqlim şəraitinə malik olan bu rayonda orta temperatur qışda 0-dan +3 C-yə qədər, yayda +39 C-yə qədər olur. Araz çayının sahilləri boyunca tuğay meşələri uzanıb gedir. Rayon ərazisindəki Sarısu gölü balıq tutmaq və qış ovu ilə məşğul olmaq üçün münasib yerdir. Bərəkətli Muğan torpağı, Araz çayının suları bu rayonda pambıqçılıq, tərəvəz, meyvə və bostan bitkiləri yetişdirmək üçün əla şərait yaradır. Araz çayının sahilyanı ərazisində bizim eradan əvvəl və orta əsrlərdə çəkilmiş Qovurarx, Həkm arxı və Muğan arxı suvarma arxlarının qalıqlarına rast gəlmək olar. Azakənd, Fətəlikənd, Varxankənd və Cəfərxan kəndlərinin ərazisində çoxsaylı arxeoloci abidələr var: bizim eradan əvvəl III-II minliyə aid nekropallar və kurqanlar, Qaraqaşlı və Qaralar adlı qədim məskənlər (tunc dövrü), Abbasbəyli (XI-XIII əsrlər), Məmmədabad (X-XVI əsrlər), Sarısu (IV-XII əsrlər), Araz düşərgəsi və s. Yerli diyarşunaslıq muzeyinin ekspozisiyasına tamaşa etmək turistlər üçün maraqlı olacaq. Burada 6300-dən çox eksponat nümayiş etdirilir (telefon: 5 37 10). Rayonda qədim xalq sənəti ənənələri davam etdirilir, ağac və metal üzərində oyma işləri ilə məşğul olan sənətkarlar var. Xalq sənətkarları tərəfindən hazırlanan məmulatlardan mürcülər, sandıqlar və beşiklər xüsusilə məşhurdur. Harada qalmaq olar «Cənnət» istirahət mərkəzi Tel. (50) 362 04 64, mehmanxana Tel. 5 30 83 turistlərin yolunu gözləyir. Harada nahar etmək olar «Əlisoltanlı», «Niyaz» restoranlarında, «Veterok», «Titanik» kafelərində qırqovul, kəklik, turac quşlarından hazırlanan özünəməxsus yeməkləri və yerli xörəklər-xingal, mantı-qonaqlarda xoş təəssürat yaradır.